25 iyun 2011 00:05

Xəzər Lənkəran üçün yeni hücum üçlüyü (FOTO)

“Xəzər Lənkəran”ın 3 yeni futbolçuyla anlaşdığını xəbər vermişdik. Azerisport.az cənub təmsilçisinin heyətinə qatmağa hazırlaşdığı həmin futbolçularla Joao Pinto, Tosin Dosunmu və Marius Onofraşla sizi də yaxından tanış edir.
 
Qeyd edək ki, 1980-cı il təvəllüdlü Joao Pinto hücumçudu. Portuqaliyalı futbolçunun tam adı Joao Paulo Pinto Ribeyrodu. Mərkəz hücumçusu olan bu oyunçu 1.87 m boya malikdi.
 
Portu şəhərində anadan olan Pinto “Boavista”nın yetirməsidi. Elə peşəkar karyerasına da məhz bu komandada başlayıb. Lakin o, 1999–2005-ci illər ərzində bu komandada sadəcə 5 oyunda meydana çıxdığı halda, daha çox digər klublara icarəyə verilib. Bu üzdən də 1999-cu ildə “Aves”ə (10 oyun), 2000-ci ildə “Feirense”yə (14 oyun, 5 qol), 2000-2001 mövsümündə “Vitória Setúbal”a (18 oyun, 3 qol), 2002-2003 mövsümündə “Varzim”ə (21 oyun), 2003-2004 mövsümündə “Beira-Mar”a (19 oyun, 3 qol), 2004-2005 mövsümündə isə “Estoril”ə (28 oyun, 4 qol) icarəyə verilib.
 
2005-ci ildə isə “Tenerife” onu tam transfer hüququyla heyətinə qatıb. Amma o, burda cəmi 6 matça çıxıb və qol vurmayıb. 2006-2007 mövsümündə isə “Pacos Ferreira”nın şərəfini qoruyan hücumçu burda 32-ci oyunda 5 qola imza atıb. 2007-ci ildə “Uniao Leiria”da çıxış edən Pereyra 17 oyunda 8 qol vurub. 2008–2010 mövsümünü isə Rumıniyanın “Rapid” (Buxarest) klubunda keçirib – 39 oyuna 3 qol. Ötən il “Leixoes”də də top qovub 11 oyuna 2 qol vuran Pinto 2010-cu ilin yayından Kiprin “Olympiakos” (Nikosiya) klubundadı. O, son mövsümdə 23 oyuna 16 qol vurub. Rednikə tanış olan bu forvardın cənub klubuna nə dərəcədə faydalı olduğunu bilməsək də, hər halda hazırda formada olduğunu demək olar.
 
Yeri gəlmişkən, Joao Pinto Portuqaliyanın U-21 millisinə də dəvət alıb və orda keçirdiyi 9 oyunda qol vura bilməyib.
 
1980-cı il təvəllüdlü Tosin Dosunmu da hücumçudu. Nigeriyanın Laqos şəhərində anadan olmuş bu oyunçu peşəkar karyerasına 1997–1998 mövsümündə “First Bank”da başlayıb. 1998–2001- ci illərdə top qovduğu “Molenbeek”də isə 55 oyuna 11 qol vurub. Bundan əlavə o, “Dender” (2001–2002 mövsümü, 28 oyun, 23 qol), “Mechelen” (2002, 11 oyun, 4 qol), “Westerlo” (2003–2004, 54 oyuna, 29 qol), “Austria” (2004–2005, 23 oyuna 4 qol), “Germinal” (2005–2006, 31 oyuna 18 qol), “Nancy” (2006–2007, 11 oyuna 1 qol) klublarının şərəfini qoruyub. 2007-ci ildə “Zulte Waregem”də icarə əsasına 16 oyun keçirib və 2 qol vurub. Elə həmin il onu “Germinal” yenidən sıralarına qaytarıb. Bu qayışı zamanı o, 87 oyunda 15 qol vurub. Bu il isə MVV-yə icarəyə verilib. Bu komandada keçirdiyi 12 oyunda 3 qol vuran Dosunmu “Xəzər Lənkəran”a məhz “Germinal”dan gəlir. Tosin 2004-cü ildə Nigeriya millisinə də çağırılıb və bir oyunda meydana çıxıb.
 
Marius Onofraşa gəlincə, Rumıniyadan olan bu futbolçu da 1980 təvəllüdlüdü. Marius sağ cinah vingeridi. Son klubu Buxarest “Steaua”sı olan Onofraş 2010-cu ildən çıxış etdiyi bu komandada 13 oyun keçirib və 2 qol vurub. Buna qədər isə o, “Politehnica” (1998–2000, 44 oyun, 8 qol, 2004–2006 mövsümündə yenidən bu kluba qayıdaraq 67 oyuna 10 qol vurub), “Braşov” (2000–2004, 85 oyun, 6 qol) və “Unirea” (2006–2010, 82 oyun, 21 qol) klublarında forma geyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.