25 iyun 2011 13:32
Xəzər Lənkəran`ın rəqibi supertransferə hazırlaşır
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”a rəqib olan İsrailin “Maccabi” klubu supertransferə etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, İsrail mətbuatı bu komandanın yaxın günlərdə çox ciddi bir oyunçu anlaşacağını iddia edir.
Lakin hələlik, Təl-Əviv klubunun transfer etmək istədiyi həmin ulduz oyunçunun kimliyi barədə dəqiq məlumat verilmir.
Maraq üçün qeyd edək ki, “Xəzər Lənkəran”la “Maccabi” arasındakı ilk oyun iyulun 14-də Təl-Əvivdə, cavab görüşü isə iyulun 21-də Lənkəranda baş tutacaq.
