25 iyun 2011 14:18
Eysebio rəsmən Seriya A klubununun sükanı arxasında
A Seriyasında çıxış edən “Lecce”nin yeni baş məşqçisinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu komandanı yeni mövsümdə Eysebio di Françesko çalışdıracaq.
Bu, 41 yaşlı mütəxəssisin A Seriyasında çalışdıracağı ilk komanda olacaq. Artıq klub rəhbərliyi bu mütəxəssislə anlaşdıqlarını rəsmən ictimaiyyətə açıqlayıb.
Qeyd edək ki, Di Françesko ötən mövsüm uğursuz çıxış edən və klub rəhbərliyi tərəfindən qovulan Luici De Kanionu əvəzləyib. Onunla iki illik müqavilə imzalanıb.
