25 iyun 2011 15:00
Kəpəz üçün dörd afrikalı yeni futbolçu
Növbəti mövsümdən "Kəpəz" adı ilə Premyer Liqada mübarizə aparacaq "Gəncə" komandası artıq bir araya gəlib. Azerisport.az xəbər verir ki, Mehman Allahverdiyevin rəhbərliyi ilə komanda artıq ilk məşqinə çıxıb.
Elşən Poladov, Zaur Əsədov və Elnur Abbasovla heyətini gücləndirən gəncəlilər bir neçə legioneri də sınaqdan keçirəcəklər. Bu barədə məlumatı klubun mətuat katibi Məqsəd Rəhimov verib. Onun sözlərinə görə baxışa dəvət olunanlardan üçü Qana, biri isə Nigeriyadandı.
Baxışda olan legionerlərdən 1988-ci il təvəllüdlü Odotet Godson dayaq yarımmüdafiəçisi, 1989-cu il təvəllüdlü Appiah Nana Yav yarımmüdafiəçi, 1982-ci il təvəllüdlü Beblie Gardiner mərkəz müdafiəçisi və 1991-ci il təvəllüdlü nigeriyalı Patrick Monday Ogbole isə hücumçudu.
Yaxın vaxtlarda daha bir neçə oyunçunun da baxışa dəvət olunacağı gözlənilir.
