25 iyun 2011 15:27
İlham Əliyev İnter`in prezidentini qəbul etdi
Xəbər verdiyimiz kimi, Milanın “İnter” futbol klubunun prezidenti və sahibi Massimo Moratti ölkəmizdə səfərdədi. Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev Massimo Morattini qəbul edib.
Görüşdə Azərbaycanda idmanın inkişafı sahəsində görülən işlərdən danışılmış, ölkəmizin beynəlxalq səviyyədə idmanla bağlı əldə etdiyi uğurlar qeyd edilib və Azərbaycanın beynəlxalq idman əlaqələrinin genişləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.
Qeyd edək ki, Moratti bu gün Azərbaycan Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayevlə də görüş keçirmişdi.
