25 iyun 2011 15:43
İsveçrə klubu da yığmamızı darmadağın etdi
Almaniyanın Münhen şəhərində təşkil olunmuş Ka-Cup turnirində iştirak edən 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın bu dəfəki rəqibi digər İsveçrə təmsilçisi “Zurich” olub.
Bu komandası ilə qarşılaşma yığmamızın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Xatırladaq ki, Sissi Raytın yetirmələri bu turnir çərçivəsindəki ilk oyununda İsveçrənin “St.Gallen” klubuyla heç-heçəyə razılaşsa da, sonradan Almaniyanın “Wacker Munchen” klubuna 2:5 hesabıyla uduzmuşdu.
