25 iyun 2011 16:19

“Əminəm ki, Qurban Qurbanov bundan bərk narahatdı”

“Bakı”nın baş məşqçisi Aleksandr Starkov azerisport.az saytına müsahibəsində komandasının yeni mövsümə hazırlığından, planlarından, eləcə də “Qarabağ”ın Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi Litva “Banga”sı ilə mübarizədəki şanslarından danışıb.
 
- Artıq hazırlıq planlarınız müəyyənləşib?
- Bəli, artıq planlarımızı müəyyənləşdirmişik. Öz bazamızda hazırlıqlara start vermişik. Hansı ki, burda əla şərait yaradılıb. Həmçinin Sloveniyaya getməyi də planlaşdırırıq. Orda bir neçə sınaq matçı keçirəcəyik.
 
- Sloveniyaya nə vaxt gedəcəksiz?
- İyunun 28-də gedəcəyik və iyulun 10-na kimi orda qalacağıq. Daha sonra isə Bakıya qayıtsaq da, iyulun 17-dən 29-na kimi yenidən Sloveniyada hazırlıq keçəcəyik. İlk hazırlıq prosesində 3 sınaq matçı keçirmək istəyirik, ikincidə isə dörd. Artıq əksər rəqiblərimizi müəyyənləşdirmişik. Amma onların adlarını deyə bilmərəm. Çünki bəzən elə olur ki, rəqibləri dəyişmək məcburiyyətində qalırsan.
 
- Komandanızı neçə faiz formalaşdıra bilmisiz?
- Bu gün üçün hardasa 70 faiz formalaşıb. Düzgün seçim aparmağa çalışırıq. Bizə problemli mövqelərimizi bağlayacaq oyunçular lazımdı. Danışıq apardığımız futbolçular var. Amma loru dildə desəm, hələ nöqtə qoyulmadığı üçün onların adlarını deyə bilməyəcəm.
 
- Onlardan biri həmyerliniz Maris Verpakovskisdi?
- Mən bunu şərh etmək istəmirəm. Çünki futbolçu müqavilə bağlamayıbsa, deməli, “Bakı”nın futbolçusu deyil.
 
- Amma yəqin ki, artıq Uinston Parksın yeni mövsümdə rəhbərliyiniz altında çıxış edəcəyini danmayacaqsız?
- Onun haqda da eyni sözləri deyərdim.
 
- Kosta-rikalı futbolçunun oyunu sizin xoşunuza gəlir?
- Mənim xoşuma gələn çox futbolçu var. Parks da həmçinin. Onun həmklubu Julius Vobayla Adrian Pit də. Flavinyo sadəcə əla oyunçudu. Azərbaycanda çox yaxşı oyunçular var.
 
- Yenilərinizdən Elvin Məmmədovun əsgərlik problemi var. Onun yeni mövsümdə qeyri-futbol işlərinə başının qarışmasından çəkinmirsiz ki?
- Siz bunu düz qeyd etdiniz. Amma klub rəhbərliyi bu məsələnin həlli yönündə lazımı işləri aparmaqdadı. Oyunçunun başı kənar işlərə qarışmamalıdı.
 
- Komandada meydana çıxmalı olan yerli futbolçular çatışmır. Axı legioner limitinə görə probleminiz ola bilər...
- Bizim gənc oyunçularımız var. Hazırda onlar əsas komanda ilə əvəzedici heyət arasındakı yoldadılar.
 
- “Qarabağ” Andrey Rubini transferə çıxarıb. Onu komandanıza cəlb etmək fikriniz yoxdu?
- Mən bu futbolçunu çox yaxşı tanıyıram. Onun planlarının necə olduğunu bilmirəm. Amma rəhbərlik etdiyim Latviya yığmasının üzvlərindədi. Hələlik bu barədə nə deyə bilmərəm. Mənimlə yanaşı buna qərar verən klub rəhbərliyi də var. Həyatda heç nə istisna deyil.

- Artıq klub rəhbərliyi qarşınıza yeni mövsüm üçün hədəf qoyub?
- Düzü, biz hələ yenicə toplaşmışıq. Konkret söhbətimiz olmayıb. Bu gün üçün vəzifəmiz yaxşı komanda yaratmaqdı.
 
- Yəqin ki, “Banga” adı sizə tanışdı...
- İstənilən Litva klubu mənə tanışdı. Onlar fiziki cəhətdən çox hazırlıqlı olurlar. “Banga”nın hazırda böyük üstünlüyü də var. Bu, hazırda Litva çempionatının ən qızğın dövründə olmasıdı. Amma “Qarabağ”ın bu baxımdan problemləri ola bilər.
 
- Bu komandaların şanslarını necə qiymətləndirərdiz?
- Prinsipcə, bu mərhələdə şanslar bərabərdi. “Qarabağ”a heç də asan olmayacaq. Ağdamlılar həmişə favorit adlandırılır. Amma yaxşı olardı ki, futbolçular bu proqnozları oxumazdılar. Əminəm ki, Qurban Qurbanov komandasını bu şəkildə sakitləşməsindən bərk narahatdı. Mən Litva futbolunu yaxından tanıyan şəxs kimi deyə bilərəm ki, bu, ağdamlılar üçün çox təhlükəlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.