25 iyun 2011 18:48
Xəzər Lənkəran`ın idman direktoru qovuldu
“Xəzər Lənkəran” Futbol Klubu komandanın idman direktoru vəzifəsində çalışan Fabian Veldviyklə yollarını ayırmaq qərarına gəlib. Azerisport.az xəbər verir ki, qış fasiləsindən sonra kluba gətirilən mütəxəssisin cənub təmsilçisindəki fəaliyyəti qısa müddətli alınıb.
Belə ki, diman direktoru kimi bütün aşağı yaş qrupları üzərində ümumi rəhbərliyi həyata keçirməli olan hollandiyalı mütəxəssisin işi mövsümün sonunda klub rəhbərliyi tərəfindən analiz olunub və onunla iş birliyini yekunlaşdırmaq məqsədəuyğun hesab edilib.
