25 iyun 2011 19:10
Neftçi sabah məşqləri bərpa edəcək
Hazırda istirahətdə olan "Neftçi" iyunun 26-da UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Dinamo" (Zaqreb) klubu ilə oyunlara hazırlığı sabah bərpa edəcək. Azerisport.az xəbər verir ki, komanda üzvləri səhər saatlarında klubun bazasında məşq keçəcəklər.
Flaqman iyunun 27 və 28-də gündə iki dəfə hazırlıq keçməyi planlaşdırır. Bundan sonra "Neftçi" təlim-məşq toplanışı keçmək üçün Avstriyaya yollanacaq.
