25 iyun 2011 11:21

Massimo Moratti Bakıda (FOTOLAR)

İyunun 24-də ARDNŞ-nin Baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayev İtaliyanın məşhur neft sahibkarı, “Saras S.p.A” korporasiyasının sahibi, Milanın “İnter” futbol klubunun prezidenti Massimo Morattini və onu müşayiət edən şəxsləri qəbul etmişdir. Azerisport.az xəbər verir ki, qonaqları səmimi salamladıqdan sonra cənab Massimo Morattini qiyabi olaraq çoxdan tanıdığını söyləyən Rövnəq Abdullayev onunla şəxsən tanış olmaqdan məmnunluq duyduğunu bildirib:
 
“Bizim hər ikimizi həm neft işi, həm də futbol bağlayır. Azərbaycana xoş gəlmisiniz!” Ölkəmizin dinamik inkişaf edən və modernləşən demokratik bir respublika olduğundan danışan ARDNŞ prezidenti son illər Azərbaycanda gedən sürətli sosial-iqtisadi yüksəlişdən ətraflı bəhs edib, bu inkişafın hərəkətverici qüvvələrindən olan neft-qaz sənayesində əldə olunan nailiyyətlərə toxunub. O, “SOCAR Trayding”in “Saras” şirkəti ilə sıx əməkdaşlıq əlaqələri qurduğunu nəzərə çatdırıb və bu əməkdaşlığı yüksək qiymətləndirib. R. Abdullayev “Saras”la SOCAR arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıldığını qeyd edərək, bu əməkdaşlığın qarşıdakı illərdə daha da dərinləşəcəyinə əminliyini bildirib.
 
Səmimi görüş üçün minnətdarlıq edən Massimo Moratti Azərbaycanda ilk dəfə olduğunu və Bakı ilə tanışlığın onda böyük təəssürat doğurduğunu deyərək paytaxtımızın arxitekturasında qədimlik və müasirlik elementlərinin sıx qovuşduğunu xüsusi qeyd etmişdir: “Bu iki cəhət Bakını fantastik dərəcədə gözəlləşdirir. Mən bundan sonra da Bakını və buradakı dostlarımı görməyə tez-tez gələcəyəm”.
 
Atası Ancelo Moratti tərəfindən yaradılmış “Saras” korporasiyasının sahiblərindən biri olduğunu söyləyən qonaq, bu şirkətin İtaliyada və digər ölkələrdə fəaliyyətindən geniş söz açıb. ARDNŞ-ni böyüyən və ilbəil inkişaf edən beynəlxalq səviyyəli bir şirkət kimi yaxşı tanıdıqlarını deyən qonaq əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını ifadə edib. Sonra tərəflər arasında neft işi və futbol ilə əlaqədar qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda ARDNŞ-nin və AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Saras S.p.A” korporasiyasının sahibi, Milanın “İnter” futbol klubunun prezidenti Massimo Moratti bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.