25 iyun 2011 00:25
İnter`in yeni baş məşqçisinin adı açıqlandı
İtaliyanın “Inter” klubunun yeni baş məşqçisinin adı açıqlanıb. Azerisport.az xəbər verir ki, Milan təmsilçisini yeni mövsümdə Can Pyero Qasperini çalışdıracaq.
Qeyd edək ki, bu komandanı ötən mövsüm Leonardo çalışdırırdı. Lakin o, mövsüm başa çatdıqdan sonra Fransanın PSG klubundan aldığı dəvəti qəbul edincə, “İnter” rəhbərliyi özünə baş məşqçi axtarmağa başlamışdı. Onlar bu boşluğu son mövsümdə “Genoa”nı çalışdırmış Qasperiniylə doldurublar.
Klubun rəsmi saytının yaydığı məlumata görə, italiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Onun köməkçilərinin isə Bruno Kaneo ilə Luke Triks olacağı bildirilib.
2007-ci ildə “Genoa”nı A Seriyasında daşıyan və 2009-cu ildə çempionatı beşinci sırada bitirən komandasını Avropa Liqasına aparan Qasperini son mövsümdə bir qədər uğursuz çıxış etdikləri üçün klub rəhbərliyi tərəfindən qovulmuşdu. Onun ən önemli özəlliyi isə çalışdırdığı komandalara 3-4-3 futbol sistemini yerləşdirməsidi. İtaliya mətbuatının yaydığı məlumata görə, o, “Inter”də ilinə 1.2 milyon avro qazanacaq.
