25 iyun 2011 12:31
Zauq Ramazanov: Bu, Xəzər Lənkəran`a ən böyük zərbədi
“Xəzər Lənkəran”ın sabiq forvardı Zauq Ramazanov azerisport.az saytına müsahibəsində Azərbaycan klublarının avrokuboklardakı şanslarını dəyərləndirib.
- Vaxtilə sizin “Xəzər Lənkəran”la qarşılaşdığınız Xorvatiyanın “Dinamo” klubu bu il “Neftçi”yə rəqib oldu...
- Mən son illərdə “Dinamo”nun oyunlarını izləməmişəm. Amma mənə elə gəlir ki, onlar indi daha zəifdi, nəinki o vaxt. Heyət həminki deyil. “Xəzər Lənkəran”a qarşı oynayan heyət daha güclü idi. Amma istənilən halda zaqreblilər daha təcrübəlidilər. Onların avrokubokların qrup mərhələsində kifayət qədər tez-tez oynayırlar. “Neftçi” bu oyunlara xüsusi hazırlaşmalıdı.
- “Neftçi”nin şanslarını necə dəyərləndirirsiz?
- Şans var, özü də çox yaxşı. “Neftçi”nin əla heyəti var. Legionerlər özlərini göstərməlidilər. Komanda çempion olub və göstərməlidi ki, Azərbaycanı təmsil etməyə layiqdi. Fikrimcə, “Neftçi” “Dinamo” ilə bərabər səviyyədə çıxış edə biləcək. Başlıcası qorxmamaq və öz oyununu oynamaqdı.
- AZAL və “Qarabağ”ın Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibləri haqda nə deyərdiz?
- Onların püşkdə bəxti gətirdi. Ötən mövsümün dördüncüsü olan AZAL Belarusun 7-ci komandasıyla qarşılaşacaq. Odu ki, “təyyarəçilər” bu rəqibini keçməyə borcludular. Başqa yol yoxdu. “Qarabağ”a gəlincə, bu komandanın həm “Litva” “Banga”sını, həm də Farer adalarının “Streymur” klubunu problemsiz keçəcəyini düşünürəm. Ağdamlıların formalaşmış heyəti var. Futbolçular kifayət qədər birgə oyun keçiriblər. “Qarabağ” bu rəqiblərilə duellərdə əsas favoritdi.
- Bəs “Xəzər Lənkəran”ın şanslarını necə qiymətləndirirsiz?
- Bax onların püşkatmada bəxti gətirməyib. Ən çətin rəqib məhz lənkəranlılara düşüb. Mən çox arzu edirəm ki, XL mərhələ adlasın. Amma hamı “Maccabi”nin (Təl-Əviv) səviyyəsindən xəbərdardı. Amma əlbəttə, şans var. Sadəcə azdı. İsrail klubu güclüdü. Onun heyətində də güclü futbolçular çıxış edir.

- Lənkəranlılar nəyin hesabına bu rəqibini keçə bilər?
- İsraildə oynamaq çox çətin olacaq. Amma mümkünsüz də heç nə yoxdu. Mən Mirça Rednikin nə hazırladığını bilmirəm. Bizim vaxtımızda Ağasəlim Mircavadov ancaq hücum etməyimizi istəyirdi. O, müdafiədə oturmağımızı istəmirdi. Mümkündü ki, XL səfərdə müdafiə olunsun. Hər halda nəzərə alsaq ki, cavab oyunu Lənkəranda olacaq, hər şey mümkündü. Səfərdə əsas qol buraxmamaq və səfər qoluna imza atmaq lazım gələcək. XL çox tez-tez heyətini dəyişir ki, bu da çox pis haldı. Bu yay artıq klubu hardasa 7 futbolçu tərk edib. Heyətdəki futbolçuların tez-tez dəyişdirilməsi komandaya ən böyük zərbədi.
- Artıq cənubluların aparıcı hücumçusu Uinston Parks da komandanın sıralarını tərk edib...
- Mən görürəm ki, mətbuatda bu haqda yenicə xəbər tutublar. O, hələ çempionatın gedişi zamanı “Bakı” ilə danışıqlar aparırdı. Azərbaycan elə də böyük ölkə deyil. Burda bütün informasiyalar çox tez yayılır. Mən bilirdim ki, o, “Bakı”ya keçəcək.
- Bu, cənubluların çıxışına nə dərəcədə təsir edəcək?
- Bu, komanda üçün böyük problemdi. Parks ən yaxşı forvardlardan biri idi. Az qol vurmurdu. Bilmirəm “Maccabi”nin qapısına kim qol vuracaq? Onun gedişi komanda üçün böyük itkidi. Rednikə qısa zaman kəsiyində heyəti doldurmaq lazımdı. Əks halda bu, avrokuboklarda uğursuzluğa gətirib çıxara bilər. Parks cənublulara çempionatda çox kömək etmişdi. Özü də onun böyük təcrübəsi var idi. Maraqlıdı, onu necə əvəzləyəcəklər.