25 iyun 2011 23:18
XL Bundesliqa klubu ilə dueldən sülhlə ayrıldı (YENİLƏNİB)
Azərbaycan kubokunun sahibi “Xəzər Lənkəran” sabah bu gün Avstriya toplanışı çərçivəsində ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Lənkəran komandasının rəqibi Drezden “Dinamo”su olub.
Lakin Avropa Liqasına hazırlaşan təmsilçimiz ilk sınağında qola və qələbəyə həsrət qalıb. Belə ki, Mirça Rednikin yetirmələri qolsuz heç-heçə ilə kifayətlənib.
Qeyd edək ki, "Dinamo" Almaniyanın ikinci Bundesliqasında çıxış edir. Ötən mövsüm bu komanda üçüncü liqada uğurlu çıxışı sayəsində daha güclü çempionata vəsiqə qazanıb.
Yoldaşlıq oyunu
25 iyun
Xəzər Lənkəran – Dinamo - 0:0
