25 iyun 2011 12:45
Banganın baş məşqçisi: Nə oyundan, nə də nəticədən razıyam
Litvanın “Banga” klubunun baş məşqçisi Arminas Narbekovas ölkə çempionatının 16-cı turu çərçivəsində “Jalgiris”ə qarşı keçirilən ev oyunundan narazı qalıb. Azerisport.az xəbər verir ki, iyunun 30-da Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın “Qarabağ” klubunu qəbul edəcək qarqjdaylıların çalışdırıcısı bu oyun ərəfəsində üzləşdikləri 0:1 hesablı yenilgi ilə bağlı bunları dilə gətirib:
“Mən nə oyundan, nə də nəticədən razı qaldım. Sabah oyunçularla söhbət edəcəyik. Anlamağa çalışacağıq ki, uğurlu seriyamızın ardından belə zəif çıxışımıza nə səbəb ola bilər. Qırmızı vərəqə də mənim üçün anlaşılmaz qaldı. Mənə elə gəldi ki, orda qayda pozuntusu yox idi. Artıq hər şey arxada qalıb. Bizə sadəcə rəqibi qələbə münasibətilə təbrik etmək və qarşıdakı “Qarabağ”la oyuna hazırlaşmaq qalır”.