25 iyun 2011 00:34
Qarabağ`da Avroliqa öncəsi Əfran şoku
Azərbaycanın Avropa Liqasındakı təmsilçilərindən “Qarabağ” bu turnirin birinci təsnifat mərhələsinin ilk oyununa 5 gün qalmış ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun aparıcı yarımmüdafiəçisi Əfran İsmayılov son məşqdə zədələnib.
Bu üzdən də Azərbaycan yığmasının üzvü Litva “Banga”sı ilə Qarqjdaydakı qarşılaşmanı buraxacaq. Hazırda həkimlər onu ən azı cavab matçına kimi sıraya qaytarmaq üçün çalışır. Lakin mümkündü ki, Əfran iyulun 7-də Bakıda keçiriləcək cavab görüşündə də forma geyə bilməsin.
