26 iyun 2011 13:01
Yunis Hüseynov müqavilə bağlamaq üçün İrana gedir
İşsiz futbol mütəxəssislərimizdən olan Yunis Hüseynov bu günlərdə Azərbaycanı tərk edəcək. Azerisport.az xəbər verir ki, “Karvan”ın sabiq çalışdırıcısı danışıq apardığı İran klubuyla münasibətlərini rəsmiləşdirmək üçün bu ölkəyə yollanacaq.
O, İran klubunun rəhbərliyi ilə yaxından görüşərək müqavilənin bütün detallarını müzakirə edəcək və anlaşmaya imza atacaq. Hüseynovdan aldığımız məlumata görə, sözləşmə bir illik olacaq. Onun yeni komandasının birinci divizionda çıxış etdiyini də vurğulayaq. Ad isə hələlik açıqlanmır.
Maraq üçün xatırladaq ki, azərbaycanlı mütəxəssislə eyni vaxtda İranın iki klubu maraqlanırdı. Lakin Hüseynov onlardan daha yaxşı şərtlər irəli sürəni ilə anlaşıb.
