26 iyun 2011 01:02
Amit Quluzadənin komandasından daha 5 transfer
Amit Quludazəni heyətinə qatan Türkiyənin "Erciyesspor" klubu daha 5 futbolu ilə anlaşıb. Azerisport.az xəbər verir ki, Kayseri təmsilçisi "Boluspor"un qapıçısı Fərhat Odabaşı, "Tavşanlı Linyitspor"un oyunçusu Cəmil Adıcan və "Qaziantepspor"un futbolçusu Özcan Polatla müqavilə imzalayıb.
Bank Asiya klubu həmçinin "Çorumspor"da oynamış Camal Taşlı və "Tavşanlı Linyitspor"dan Davut Baburla anlaşıb.
Artıq "Erciyesspor"un hazırlıq planı da müəyyənləşib. Hazırlıq iyunun 29-da klubun bazasında başlayacaq. İkinci mərhələ isə Boluda keçiriləcək. Hazırlıq dövründə 5 yoxlama oyunu keçiriləcək. Amit Türkiyəyə iyunun 29-da yollanacaq.
