26 iyun 2011 13:22
AZAL-da bosniyalı ən yaxşı müdafiəçi
Ölkəmizi Avropa Liqasında təmsil edən AZAL düşərgəsinə daha bir legioner dəvət edib. Azerisport.az xəbər verir ki, bu, son mövsüm “Sarayevo” klubunun heyətində Bosniya və Herseqovina çempionatının gümüş medalını qazanan serbiyalı Branislav Arseniyeviçdi.
Sağ cinah müdafiəçisi mövqeyində oynayan 28 yaşlı Branislav ötən yay isə “Sarayevo”ya transfer olunub və 26 çempionat oyununda 5 qola imza atmaqla mövsümün ən yaxşı müdafiəçisi adını qazanıb. Qeyd edək ki, Arsenijeviç baxışdan uğurla keçsə, AZAL-ın iştirak ərizəsinə daxil edilə bilər.
