26 iyun 2011 01:26

XL-ın ilk sınaq matçına sözardı (FOTOLAR)

Avstriyanın Fulpmes şəhərciyində hazırlığını davam etdirən “Xəzər Lənkəran”ın Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Dinamo” (Drezden) komandası ilə yoxlama oyunu keçirdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, rəqibiylə qolsuz heç-heçəyə razılaşan Mirça Rednikin komandası Neustift şəhərciyində yerləşən meydanda keçirilən oyuna aşağıdakı start heyətlə çıxıb:
 
Kamal Bayramov, Elnur Allahverdiyev (k), Manuel Skarlatake, Elvin Beqiri, Rahid Əmirquliyev, Elnur Abdullayev, Katalin Doman, Dieqo Souza, Andrey Mureşan, Onofranş və baxışda olan futbolçu (klubla müqavilə bağlanmadığından adı açıqlanmasa da, böyük ehtimalla bu, portuqaliyalı Joao Pintodu – azerisport.az).
 
İlk dəqiqələrdən topa sahib olan “Xəzər Lənkəran” ilk 15 dəqiqə ərzində ərazi üstünlüyünü də ələ keçirərək tək toxunuşlu ötürmələrlə rəqibindən üstün oyun sərgilydib. 15-ci dəqiqədə baxışda olan futbolçunun qüvvətli zərbəsini rəqib qapıçı çətinliklə kornerə çıxarıb. Futbolçularımızın bir-biri ilə yaxşı anlaşması sayəsində Bundesliqa təmsilçisi demək olar ki, bir dəfə də olsun XL-ın qapısı önündə real qol vəziyyəti yarada bilməyib. İlk hissənin sonuna 5 dəqiqə qalmış bu dəfə Katalin Doman qola yaxın olub. Lakin “Dinamo”nun qolkiperi yenə də yaxşı oynayaraq qola imkan verməyib.
 
İkinci hissə də rəqib komandanın heyətində olan çoxsaylı dəyişiklər qarşısında baş məşqçi Şəhriyar Xəlilov, Orxan Sadıqlı, Alim Qurbanov, Tosin Dosunmu dəyişikliklərinə əl atıb. Rəqibin önündə sona qədər kombinasiyalı və sabit oyun sərgiləyən “Xəzər Lənkəran” matçın sonuna qədər qapısını toxunulmaz saxlamaqla yanaşı cinahlardan qurulan hücumlarla da “Dinamo”nu daim təzyiqdə saxlayıb. Lakin avstriyalı referinin final fiti matçın qolsuz bərabərliklə başa çatdığını bildirib.
 
Sonda onu da qeyd edək ki, bu görüşü Avropa Liqasındakı təmsilçimizin ikinci təsnifat mərhələsindəki rəqibi İsrailin “Maccabi” klubunun “casus”ları da izləyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.