26 iyun 2011 14:43
Dinamo Neftçi`yə görə Bakı ilə oyundan imtina etdi
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”yə rəqib oan Xorvatiyanın “Dinamo” klubu “Bakı” ilə oynamaqdan imtina edib. Azerisport.az xəbər verir ki, Zaqreb təmsilçisi ilə paytaxtın eyniadlı klubu arasında sınaq matçının keçirilməsi haqda iki klub arasında razılıq əldə olunmuşdu.
Tərəflər bu yoxlama görüşünü Sloveniyadakı təlim-məşq toplanışında keçirəcəkdilər. Lakin zaqreblilər ÇL-də “Neftçi”yə rəqib olduqları üçün Azərbaycan klubu ilə sınaq matçını keçirməməyə qərar veriblər. Görünür, onlar futbolçularının zədələnməsindən, ya da “Dinamo” haqda daha geniş informasiya əldə etməyimizdən çəkinib.
