26 iyun 2011 15:22
Neftçi`nin rəqibi yarımmüdafiəçisini itirdi
Xorvatiyanın “Dinamo” klubu UEFA Çempionlar Liqasının “Neftçi” ilə oyunu öncəsi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, nüfuzlu klub turnirinin ikinci təsnifat mərhələsində Azərbaycan çempionu ilə qarşılaşacaq Zaqreb təmsilçisi çilili yarımmüdafiəçisi Pedro Moralesin xidmətindən məhrum olub.
O, komandasının son məşqlərindən birində ciddi zədə alıb və bu üzdən də vətəninə yola salınıb. Qeyd edək ki, “Neftçi” ilə “Dinamo” arasındakı ilk oyun iyulun 13-də Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək.
