26 iyun 2011 15:47
Andrey Arşavin Bakıda istirahət edir (FOTO)
Rusiya yığmasının liderlərindən olan İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Andrey Arşavin hazırda Azərbaycandadı. Azerisport.az xəbər verir ki, Arşavin həyat yoldaşı Yuliya ilə birgə Bakı çimərliyinə gedib.
Sabah isə onlar Qəbələyə yollanmağa hazırlaşırlar. İstisna deyil ki, tanınmış futbolçu bölgə klubunun bazasına da baş çəksin. Lakin onun Toni Adamsla görüşü baş tutmayacaq. Çünki britaniyalı mütəxəssis hazırda ölkəsində istirahətədi.
Qeyd edək ki, Rusiya millisinin heyətində vaxtilə Bakıya səfər etmiş Arşavin ikinci dəfədi ki, ölkəmizdə səfərdədi. O, bu yay istirahətini Bakıda həyata keçirəcəyini çoxdan bəyan etmişdi və sözünə də göründüyü kimi əməl etdi.
