26 iyun 2011 16:08

Qarabağ toplanışı bitirdi, sabah Litvaya yola düşür

UEFA Avropa Liqasındakı təmsilçilərimizdən “Qarabağ” artıq Türkiyədəki təlim-məşq toplanışını başa vurub. Azerisport.az xəbər verir ki, iyunun 9-dan Qızılcahamda toplanışda olan komanda bu gün 18 gün hazırlıq prosesini bitirib.
 
Bu gün sonuncu çalışmayla Türkiyə hazırlıqlarını başa vuran Qurban Qurbanovun komandası sabah Litvaya yola düşəcək. “Qarabağ” günorta  saatlarında Ankara – İstanbul – Riqa reysiylə yola düşəcək. 20 futbolçulu heyət Latviyanın paytaxtından Litvanın Klaypeda şəhərinə hərəkət edəcək.  Oyunun keçiriləcəyi Qarqjdaydan 25 km aralıda yerləşən “Amberton” otelində məskunlaşacaq komandamız oyun gününə kimi 2 dəfə məşqə çıxacaq.
 
İyunun 30-da yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 20:30) “Banga”nın qonağı olacaq komandamız ertəsi gün vətənə qayıdacaq.  Vilnus – İstanbul – Bakı reysiylə Bakıya qayıdacaq komandamız iyulun 2-də səhər saatlarında paytaxtda olacaq.
 
Sonda onu da bildirək ki, son məşqdə ağdamlıların orta sahə oyunçularından Rəşad Sadiqov kiçik zədə alıb və mümkündü ki, iyunun 30-da keçiriləcək oyunda iştirak etməsin.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.