26 iyun 2011 16:12
Azərbaycan futbolçuları AÇ-də 7-ci oldular
İstanbulda təşkil olunmuş universitet tələbələri arasında 9-cu Avropa çempionatında Azərbaycan təmsilçisi 7-ci yeri tutub. Azerisport.az xəbər verir ki, turnirin əsasnaməsinə uyğun olaraq, 5-8-ci yerlər uğrunda oyunda komandamız əvvəlcə Türkiyə təmsilçisi ilə qarşılaşıb.
Oyun 0:0 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyəndəşib. 11 metrlik zərbələri türkiyəli tələbələr daha dəqiq yerinə yetirib – 5:4.
Növbəti oyunda komandamızın rəqibi Finlandiya təmsilçisi olub. 6:0 hesabı ilə qələbə qazanan təmsilçimiz 7-ci yeri tutub.
