26 iyun 2011 16:22
Azərbaycanın Almaniya faciəsi davam edir
Almaniyanın Münhen şəhərində təşkil olunmuş Ka-Cup turnirində iştirak edən 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimizin bu dəfəki rəqibi Avstriyanın “USC Landhaus” klubu olub.
Qarşılaşma 4:0 hesabı ilə Avstriya təmsilçisinin xeyrinə başa çatıb. Maraq üçün xatırladaq ki, Sissi Raytın yetirmələri bu turnir çərçivəsindəki ilk oyununda İsveçrənin “St.Gallen” klubuyla heç-heçəyə razılaşsa da, sonradan Almaniyanın “Wacker Munchen” klubuna 2:5, İsveçrənin “Zurich” klubuna isə 0:4 hesabıyla uduzmuşdu.
