26 iyun 2011 00:36

Avrotəmsilçirəmizin şansları Şahin Diniyevin gözü ilə

Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev azerisport.az saytına müsahibəsində avrokuboklardakı iştirakçılarımızın şanslarını dəyərləndirib.
 
NEFTÇİ – DİNAMO (Zaqreb, Xorvatiya)
Burda bəxtimiz gətirmədi. Avrokuboklardakı iştirakçılarımız arasında ən çətin rəqib məhz “Neftçi”yə düşdü. Zaqreb “Dinamo”su həmişə güclü oyunu, hücumu ilə fərqlənib. Amma bütün belə rəqiblə düşməsinə görə də “Neftçi” özünü günahlandırmalıdı. Son illərdə komanda uğursuz çıxış edirdi. Buna görə də komandanın reytinqi çox aşağı düşüb. Nəticəsi də belə çətinliklər yaradır. Amma mən komandaya inanıram. Arif Əsədovun əlinin altında Flavinyo, Mpenza və daha bir neçə güclü futbolçu var. Onlar özlərini göstərməlidilər. Xorvatlar nə İtaliya, nə də İspaniya təmsilçisi deyil. Onlarla oynamaq olar.
 
XƏZƏR LƏNKƏRAN – MACCABİ (Təl-Əviv, İsrail)
“Maccabi”nin böyük tarixi, sabit heyəti və təcrübəsi var. Düzdü, son vaxtlar onların oyunlarını izləməmişəm. Amma “Xəzər Lənkəran” da bu rəqibindən qorxmamalıdı. Ancaq qələbə sayəsində öz reytinqini yaxşılaşdırmaq olar. Lənkəranlılar hələ avrokuboklarda uğurlu çıxış edə bilməyiblər. Onlar ən axı növbəti mövsümdə də yollarına güclü rəqib çıxmasını istəmirlərsə, qələbə qazanmalı, nəhayət uğur qazanmalıdılar. Mən əminəm ki, “Maccabi” bu oyunlarda taktikaya üstünlük verəcək. İlk oyunda onlar mümkün qədər erkən qol vurmağa çalışacaqlar. Lənkərandakı oyuna kimi işi bitirmək istəyəcəkləri bəllidi.
 
QARABAĞ - BANGA (Litva)
Düzünü deyim, püşkatmadan dərhal sonra KİV-nin bu reaksiyasına təəccübləndim: guya “Qarabağ” artıq Avropa Liqasının üçüncü təsnifat mərhələsindədi. Bu, belə deyil. Litva klubları həmişə axıra kimi döyüşürlər. Öz xarakterləriylə fərqlənirlər. “Qarabağ”ın favorit olduğundan danışmaq düz deyil. Şəxsən mən “Banga”dan ehtiyatlanıram, nəinki “Streymur”dan. Farer adalarından olub klub daha zəifdi.

AZAL - MİNSK (Belarus)
“Minsk” Belarus çempionatında yeddinci sırada gedir. Amma bu, o demək deyil ki, sözügedən komanda zəifdi. Mənə bilirsiz nə maraqlıdı? Guya biz nə etmişik ki, özümüzü onlardan güclü hesab edirik? Astanada baş verənlər nə tez unudulub? Qazaxıstan yığmasına da eyni gözlə baxırdıq. Nə oldu? Əgər “Minsk” Avroliqaya düşübsə, deməli, layiqli rəqibdi. Şansların əllinin əlliyə olduğunu düşünürəm. Nazim Süleymanovun komandası mərhələ keçə bilər. Amma sona kimi döyüşsə.
 
Qrup mərhələsinə düşməyimiz realdımı?
Bütün klublarımıza azarkeşlik edəcəm. Çox istərdim ki, hamısı qrup mərhələsinə vəsiqə qazansınlar. Amma real qiymətləndirsək, şanslarımız çox cüzidi. “Qarabağ”da şans var, amma gərək püşkdə də bəxti gətirə. Bizə sadəcə gözləmək qalır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.