26 iyun 2011 12:50
İnter rəhbərliyindən anlaşılmaz qərarlar
Məlum olduğu kimi, ötən mövsümü 5-ci pillədə başa vuran “İnter” yayda xeyli futbolçusu ilə yollarını ayırdı. Azerisport.az xəbər verir ki, son olaraq Estoniya yığmasının üzvü Dmitri Kruqlovla yollarını ayıran paytaxt klubu ondan öncə düz 13 futbolçunun növbəti mövsümdən komandada çıxış etməyəcəyini açıqlamışdı.
Lakin hazırda Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan “bankirlər”in rəsmi saytı vasitəsilə yaydığı son informasiya maraqlı nüansları ortaya çıxardı. Məlum oldu ki, Kaxaber Tsxadadzenin öncə komandadan uzaqlaşdırmasına qərar verdiyi çexiyalı yarımmüdafiəçi Bronislav Çervenka, eləcə də yerli futbolçulardan Nizami Hacıyev bakılıların Türkiyədə hazırlıq keçən heyətinə cəlb olunub. Halbuki, elə bu ayın 2-də məhz klubun rəsmi saytı bu iki futbolçu ilə müqavilələrin müddətinin artırılmamasına, onlarla yolların ayrıldığına qərar verildiyini açıqlamışdı. Bir sözlə, “İnter” yay fasiləsində öncədən bəyan etdikləri kimi 14 yox, 12 futbolçu ilə (David Odikadze, Filip Despotovski, Kaxaber Mjavanadze, Tofiq Mikayılov, Səbuhi İsmayılov, Camal Məmmədov, Jivko Jelev, Mario Souza, Danildo Assioli, Aleksandr Çertoqanov, Rövşən Əmiraslanov və Dmitri Kruqlovla) yollarını ayırıb.
Qeyd edək ki, "İnter" İspartaya 20 futbolçu ilə yollanıb ki, bunlar da qapıçılar - Georgi Lomaya, Dmitri Kramarenko, Səlahət Ağayev, Anar Məhərrəmov, müdafiəçilər - İlia Kandelaki, Valeri Abramidze, Xəyal Mustafayev, Ruslan Poladov, Arif Daşdəmirov, yarımmüdafiəçilər - Petar Zlatinov, Daniel Genov, Bronislav Çerveka, Samir Zərgərov, Asif Məmmədov, Asif Mirili, Şəhriyar Rəhimov, Nizami Hacıyev, hücumçular - Girts Karlsons, Baçana Tsxadadze və Elnur Abdulovdu. Bunlardan Ruslan Poladov (“Xəzər Lənkəran”dan), Samir Zərgərov və Xəyal Mustafayev (hər ikisi “Gəncə”dən) “bankirlər”in yayda həyata keçirdiyi hələlik üç yeni transferdi. Toplanışın gedişində komandanın düşərgəsinə Vladimir Levin və hal-hazırda Azərbaycanın U-19 yığmasının sıralarında olan Aleksandr Qrossun də qatılması gözlənilir.

Göründüyü kimi, adı indiyədək heyətdən kənarlaşdırılanlar sırasında olmayan Robertas Poşkus da toplanışa qatılmayıb. Görünür bu futbolçu da "İnter"lə yollarını ayırıb. Əks halda klub onun da yoxluğunun səbəbini izah edərdi.