26 iyun 2011 00:58
AZAL Albaniya yığmasının üzvünü transfer etdi
Avropa Liqasındakı təmsilçimiz AZAL növbəti transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu albaniyalı yarımmüdafiəçi Ervin Bulkunu heyətinə qatıb.
Artıq “təyyarəçilər” bu oyunçuyla rəsmi müqavilə də imzalanıb. Onun adının komandamızın Avropa Liqası üçün UEFA-ya təqdim olunan iştirak ərizəsinə salınması gözlənilir. Belə ki, albaniyalı artıq Belarus “Minsk”i ilə qarşılaşmada yeni komandasında debüt şansı qazanacaq.
Qeyd edək ki, Ervin Bulku “Tirana”nın yetirməsidi. O, peşəkar karyerasına da 1998-ci ildə məhz bu klubda başlayıb. 2007-ci ilə qədər top qovduğu bu komandada 201 oyun keçirən Bulku 31 qola imza atıb. 2007-2010-cu illər aralığında isə Ukraynanın “Krivbass” klubunda top qovub – 54 oyun, 6 qol. Son mövsümü isə Xorvatiyanın “Hajduk” klubunda keçirən təcrübəli müdafiəçi burda cəmi 14 oyun keçirib.
1981-ci il təvəllüdlü Bulku həm də Albaniya yığmasını üzvüdü. “Qarabağ”ın müdafiəçiləri Admir Teli və Ansi Aqollinin komanda yoldaşı millidə 32 matça çıxıb.
