27 iyun 2011 13:20
Neftçi Dinamo ilə oyuna belə hazırlaşır (FOTOREPORTAJ)
Azərbaycan çempionu "Neftçi" UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçirəcəyi "Dinamo" (Zaqreb) klubu ilə oyunlara hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri səhər saatlarında klubun bazasında məşq keçiblər. Əvvəlcə fiziki təmrinləri yerinə yetirən futbolçular daha sonra baş məşqçi Arif Əsədovun rəhbərliyi altında toplu çalışmalar ediblər.
Qeyd edək ki, komandanın axşam məşqi də klubun bazasındakı meydançada baş tutacaq.
