27 iyun 2011 13:31
Arşavin Yeddi gözəli də gördü (FOTO)
Rusiya yığmasının kapitanı Andrey Arşavinin Azərbaycandakı istirahəti davam edir. Azerisport.az xəbər verir ki, İngiltərənin “Arsenal” klubunun aparıcı yarımmüdafiəçisi bu gün Qəbələyə yola düşüb.
O, burda Yeddi gözəl şəlaləsinə baş çəkib. Eləcə də digər görməli yerlərə getməsi gözlənilən Arşavin böyük ehtimalla “Qəbələ”nin bazasına baş çəkə bilməyəcək. Onun səfər planında bu da nəzərdə tutulsa da, futbolçu həyat yoldaşı Yuliya ilə birlikdə bu gecə Bakıya qayıtmağa hazırlaşır.
