27 iyun 2011 00:48

Klublarımız üçün Moldova zirvəsi

Azərbaycanın qarşıdan gələn avrokuboklardakı təmsilçilərini yeni mövsümdə daha bir vəzifə gözləyir. Azerisport.az xəbər verir ki, komandalarımız hər biri özü üçün uğurlu çıxış etməklə yanaşı, həm də ölkəmizin UEFA-nın reytinq cədvəlindəki mövqeyini yaxşılaşdırmağa çalışmalıdı.
 
Qeyd edək ki, Azərbaycan hazırda UEFA-nın klub reytinq siyahısında 38-ci pillədə qərarlaşıb. Bu isə bizdə sadəcə çempionumuzun mübarizəyə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlamasına, gümüş və bürünc medal sahiblərinin UEFA Avropa Liqasının birinci, ölkə kubokunun qalibinin isə ikinci təsnifat mərhələsindən ilk oyununa çıxmasına şərait yaradır.
 
Lakin avrokuboklara vəsiqə qazanan komandalarımız məhz bu yay uğurlu çıxış etməklə növbəti mövsümlər üçün daha bir üstünlüyümüzü rəsmiləşdirə bilər. Belə ki, gələn mövsüm gümüş medala sahib çıxan komandamız da kubokun sahibi kimi Avropa Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlaya bilər. Amma təbii ki, bunun üçün artıq bu yay ciddi uğurlar qazanmaq və hazırkı mövqeyimizi daha 6 pillə yaxşılaşdıraraq, 32-ci yerə çıxmalıyıq.
 
Hazırda Azərbaycanın 4,832 reytinq xalı var. 32-ci pillədə qərarlaşan Moldova isə 6,249 xala malikdi. Lakin unutmaq olmaz ki, növbəti mövsüm artıq Moldovanın 1,333 balı silinəcək. Onlarda 2007/08 mövsümünə aid olan bu qədər xal silinəcəksə, bizdə sadəcə 0,666 bal silinəcək. Belədə, bizim klublara mütləq qələbə qazanmaq lazımdı.
 
Məsələn, ötən mövsüm Azərbaycan üçün əls rekord göstərici qeydə alındı – 2,000 bal. Bunun da böyük hissəsini sadəcə bir klubumuz “Qarabağ” topladı - 1,250. Qalan 0,750 xal isə “İnter”, “Bakı” və “Xəzər Lənkəran”ın payına düşürdü.
 
Onu da əlavə edək ki, klublarımızın istənilən qələbəsi Azərbaycana 0,250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə 0,125 xal verir. Bir sözlə, mümkün qədər çox qələbə qazanmaq lazımdı. Qeyd edək ki, ötən mövsüm bizim 0,250 xalımız sayılmadı. Halbuki, Çernoqoriya “Buduçnost”u ilə oyunda “Bakı”nın qazandığı qələbə ləğv olunmasaydı, Azərbaycan ən azı Latviyanı qabaqlamış olacaqdı.

Bu mənada əsas bonuslar sözügedən turnirlərin qrup mərhələlərində verilir. Belə ki, o zaman qələbələrin dəyəri 0,500, heç-heçələrinki isə 0,250 xal olur. Sonda onu da xatırladaq ki, avrokubokların qarşıdakı mövsümündə Azərbaycanı “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” və AZAL təmsil edəcək.
 
Sonda reytinq cədvəlində 32-50-ci sıralarındakı ölkələrin siyahısını təqdim edirik.
 
Mövqe
Ölkə
2007/08
2008/09
2009/10
2010/11
 
Ümumi reytinq
 
32
Moldova
1.333
0.666
2.125
2.125
 
6.249
 
33
İrlandiya
1.000
2.500
1.375
1.000
 
5.875
 
34
Litva
1.500
2.500
1.250
0.625
 
5.875
 
35
Gürcüstan
1.000
1.166
1.750
1.875
 
5.791
 
36
Latviya
1.333
1.166
2.250
0.500
 
5.249
 
37
Sloveniya
0.666
1.333
1.375
1.500
 
4.874
 
38
AZƏRBAYCAN
0.666
0.666
1.500
2.000
 
4.832
 
39
Makedoniya
1.666
0.500
0.500
1.375
 
4.041
 
40
İslandiya
1.166
1.166
1.250
0.375
 
3.957
 
41
Çernoqoriya
0.500
0.500
1.125
1.750
 
3.875
 
42
Qazaxıstan
0.750
0.833
1.250
0.875
 
3.708
 
43
Albaniya
0.500
0.666
1.000
0.875
 
3.041
 
44
Estoniya
0.833
0.333
0.875
0.250
 
2.291
 
45
Malta
0.000
0.000
0.750
1.500
 
2.250
 
46
Uels
0.666
0.333
0.250
0.875
 
2.124
 
47
Ermənistan
1.333
0.000
0.500
0.250
 
2.083
 
48
Şimali İrlandiya
0.500
0.333
0.125
1.125
 
2.083
 
49
Lixtenşteyn
0.500
0.000
1.000
0.500
 
2.000
 
50
Lüksemburq
0.333
0.000
0.250
0.625
 
1.208

 

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.