27 iyun 2011 14:17
Andrey Arşavin: Azərbaycan başa düşməlidi ki, uğur dərhal qazanılmır
Rusiya yığmasının kapitanı Andrey Arşavin müsahibəsində Bakıya səfərindən, eləcə də futbolçu karyerasından danışıb.
- Andrey, Bakıya xoş gəlmisiz. Paytaxtımızla bağlı nə kimi təəssüratlarınız var?
- Xoş sözlərinizə görə sağ olun. Bakı mənim çox xoşuma gəldi. Artıq çimərlikdə qaralmağa imkan tapmışam. Həmçinin Azərbaycan mətbəxinin dadlı yeməklərindən də yemişəm. Bir sözlə, mən Bakıda azərbaycanlılardan gördüyüm qonaqpərvərliyə yaxşı mənada təəccübləndim. Olduğum şəhərlərə əsasən deyərdim ki, Bakı bir qədər Dubaya bənzəyir. Bu şəhərdə Londonun da cizgilərini görmək olur. Məsələn, Bakı xalça muzeyində gördüklərim çox xoşuma gəldi və bu, hardasa mənə Londonun gözəl tikililərini xatırlatdı. Amma istənilən halda Bakıda ən dəyərli olan onun insanlarıdı.
- Gələn il Bakıda “Avroviziya” mahnı müsabiqəsi keçiriləcək. Sizcə, paytatımız bu populyar yarışı qəbul etməyə hazırdı?
- Mənə elə gəlir ki, bəli. Mənə deyildiyinə görə, sadəcə bunun üçün lazımı tikilinini inşası qalıb. Hər halda bu da hazır olandan sonra Azərbaycanın “Avroviziya-2012”ni təşkil etməsində heç bir problem qalmayacağını düşünürəm.

- Futbola keçək. London “Arsenal”ında qarşıdakı mövsüm üçün əsas vəzifəniz nədən ibarət olacaq və Arsen Venger kimi mütəxəssis son illərdəki çempionsuzluq seriyasına son qoymaq üçün nə kimi planlar hazırlayır?
- Minimum vəzifə İngiltərə çempionluğunu qazanmaqdan ibarətdi. Çünki 2003-2004 mövsümündən etibarən biz bu titula yiyələnə bilmirik. Hər halda ötən mövsüm üçün Vengerin əlinin altında olan futbolçular bu işi bacarmadılar. Deməli, güclənməyə gərək var.

- Bu yayın ən səs-küylü baş məşqçi təyinatlarından birini əsas rəqiblərinizdən olan Londonun “Chelsea” klubu həyata keçirdi. Andre Villaş-Boaşın Premyer Liqaya gəlişini necə qiymətləndirirsiz?
- Mən “Chelsea”nin oyunçusu olmadığımdan bunu dəyərləndirməyim bir qədər düz çıxmazdı. Sadəcə onu deyə bilərəm ki, “Porto” onun rəhbərliyi altında Avropa Liqasını qazandı. O isə bu titulu qazanan ən gənc məşqçi ünvanına yiyələndi. “Chelsea”dən də həmişə yüksək nəticələr gözləyirlər. Odu ki, onun komandası ilə oyunlarımız çətin olacaq. Amma necə olacağını zaman göstərəcək.
- Rusiya yığması Avropa çempionatına vəsiqə qazana biləcəkmi və bu turnirdə əsas favorit kimi hansı komandanı görürsüz?
- Təbii ki, AÇ-2012-nin əsas favoriti İspaniya yığması olacaq. Bu ölkə hazırda həm klub, həm də yığma səviyyəsində dünya futbolunda ağalıq edir. Rusiya yığmasının şanslarına gəlincə, bizim seçmə mərhələni qrup qalibi kimi bitirməyimiz daha çox sentyabrda evdə keçirəcəyimiz iki oyundan asılı olacaq. Məlum olduğu kimi, sentyabrın 2-də Makedoniya, 6-da isə İrlandiyanı qəbul edəcəyik. Əgər bu oyunları qələbə ilə başa vursaq, o zaman AÇ-2012-yə yollanmaq şanslarımız xeyli artacaq.
- Bəs sizcə, Azərbaycan yığmasında nə etmək lazımdı ki, dünya və Avropa çempionatlarına qatılacaq gücə malik komanda qurmaq mümkün olsun?
- İlk növbədə başa düşmək lazımdı ki, uğur dərhal qazanılmır. Bu, uzunmüddətli bir işin nəticəsidi. Mənə elə gəlir ki, siz bu yolda öncə uşaq-gənclər futbolunu inkişaf etdirməlisiz. Futbolun bu mərhələsinə nə qədər ciddi diqqət ayrılacaqsa, gələcəkdəki uğurlarınızın da sayı bir o qədər çox olacaq. Şəxsən mən sizə bu yolda uğurlar arzulayıram! (Day.az)