27 iyun 2011 01:25
Xaçaturyan Bakıya səfər öncəsi zədələndi
AZAL-ın Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Minsk" itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Belarus təmsilçisinin erməni əsilli futbolçusu Andrey Xaçaturyan zədələnib.
Belarus çempionatının son turunda "Torpedo"ya qarşı keçirilən matçın 23-cü dəqiqəsində meydanı tərk etməli olan Xaçaturyanın zədəsi ciddidi. Onun iyunun 30-da Bakıda keçiriləcək oyunda meydana çıxması böyük sual altındadı. Bu səbəbdən də Xaçaturyanın Bakıya gətirilməyəcəyini gözləmək olar.
