27 iyun 2011 14:36
Parks Bakı ilə rəsmi müqavilə bağladı
“Xəzər Lənkəran”ın sabiq hücumçusu Uinston Parksın “Bakı”ya keçidi rəsmiləşib. Azerisport.az xəbər verir ki, bu futbolçunun növbəti mövsümdə məhz “zolaqlılar”ın heyətində çıxış edəcəyi hələ bir neçə gün öncədən bəlli idi.
Dünən gecə isə kosta-rikalı futbolçu yay istirahətini başa vuraraq Azərbaycana qayıdıb. Çoxdan razılığa gələn tərəflər sadəcə iki illik müqaviləyə imza atmaqla münasibətlərini rəsmiləşdiriblər.
Beləlilə, sabiq “ağ-yaşıllı”nın ölkəmizdə qalacağı dəqiqləşib. O, sabah “Bakı”yla birgə Sloveniyaya təlim-məşq toplanışına yollanacaq. Hazırda Bakıda məşq edən paytaxt təmsilçisi 28 iyun - 10 iyul aralığında Sloveniyada Kranjska Qora şəhərində təlim-məşq toplanışı keçirəcək. “Spik” otelində məskunlaşacaq komandanın təlim-məşq toplanışı zamanı 3 yoldaşlıq oyunu keçirməsi planlaşdırılıb.
