27 iyun 2011 15:44

Yunis Hüseynov: Onların aqibəti ilə üzləşməkdən qorxmuram

Azərbaycanlı futbol mütəxəssis Yunis Hüseynov azerisport.az saytına müsahibəsində İran klublarından aldığı təkliflərdən və qonşu ölkədə çalışmaq perspektivindən danışıb.
 
- Siz artıq İran klublarından aldığınız təklifə cavab vermisiz?
- Mən hələ yekun qərarımı verməmişəm. Bilmirəm, İranda işləyəcəm, ya yox. Mənə iki komanda bir illik müqavilə təklif edir. Onlardan biri Premyer Liqada çıxış edir, digəri isə birinci divizionda. Hər iki klubla danışıqlarımı davam etdirirəm. Onlar mənimlə agentim vasitəsilə əlaqə saxlayıblar. Klubların hər iki yaxşı şərtlər təklif edir.

- Hazırda İran futbolunda vəziyyət nə yerdədi?
- Onlarda maliyyə cəhətdən heç bir problem yoxdu. Orda daha yaxşı pul təklif edirlər, nəinki bizdə. Premyer Liqa klubu döyüşkən kollektiv yaratmağı tələb edir. Birinci divizion klubu isə ustalıq səviyyəsini artırmağı arzulayır.
 
- Sizi bu qədər çox düşünməyə nə vadar edir ki?
- İrandan aldığım təklif sadəcə ailəmi düşünməyə məcbur edir. Müqavilə cəhətdən heç bir narazılığım yoxdu. Onların şərtləri məni tam qane dir. Sadəcə, mən öz ailəmi burda qoyub, sərhəddən kənarda çalışmaq bir qədər ağır gəlir. Həm də tez-tez gedib-gəlmək mənlik deyil.

- Bəlkə ölkədən kənarda çalışmağın çətinliyindən ehtiyatlanırsız?
- Hesab edirəm ki, azərbaycanlı məşqçilərin ölkədən kənarda iş təcrübəsi olmalıdı. Təkcə İranda yox, həm də digər ölkələrdə. Amma hələ öz yekun qərarımı verə bilmirəm.
 
- Vaxtilə İranda Böyükağa Hacıyev də işləyib və orda çalışmağın çətin olduğunu söyləyib...
- Mən işdən qorxmuram. Buna görə də istənilən halda razılaşacam. Fikrimcə, İranda uğur qazanmaq da olar.
 
- Amma məsələn Ramiz Məmmədovda Qazaxıstan karyerası alınmadı...
- Bu, dəqiq müqayisə ola bilməz. Hər bir məşqçinin öz iş üslubu, nəticəsi var. Məndə hər şey başqa cürdü. Mən Hacıyevlə Məmmədovun aqibətini yaşayacağımdan qorxmuram.
 
- İrana kimlərlə getməyi düşünürsüz?
- Mənim köməkçilərim Nadir Şükürovla Zakir Mahmudov olacaq. Həftəsonuna kimi yəqin ki, hər şeyə aydınlıq gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.