27 iyun 2011 17:56
AZAL - Minsk oyununun biletləri satışda
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin AZAL - "Minsk" (Belarus) ilk oyununun biletləri artıq satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, azarkeşlər iyunun 30-da keçiriləcək oyunun biletlərini Şüvəlan qəsəbəsindəki AZAL stadionunun kassalarından və AZAL klubunun ofisindən ala bilərlər.
Qeyd edək ki, AZAL - "Minsk" oyununa biletin qiyməti 2 manatdı. Bu komandalar arasındakı Bakıda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
