27 iyun 2011 18:41
Xəzər Lənkəran`ın rəqibi futbolçusunu transferə çıxardı
Avropa Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan kubokunun qalibi "Xəzər Lənkəran"a rəqib olan İsrailin "Maccabi" (Təl-Əviv) klubu bir futbolçusunu transferə çıxarıb. Azerisport.az xəbər verir ki, bu, paytaxt klubunun malili yarımmüdafiəçisi Cibril Sidibedi.
İsrail mətbuatının iddiasına görə, bu futbolçu komandada çıxış etdiyi bir il ərzində təl-əvivlilərin ümidlərini doğrulda bilməyib. Bu üzdən də onun satışa çıxarılmasına qərar verilib. Bir sözlə, Sidibenin "Xəzər Lənkəran"a qarşı oynamayacağı artıq dəqiqləşib.
Qeyd edək ki, 2010-cu ildə "Maccabi"yə transfer olunan 29 yaşlı futbolçu keçirdiyi 18 oyunda cəmi 2 dəfə fərqlənib. Bu futbolçu vaxtilə Fransanın “Monaco” klubunda da çıxış edib.
