27 iyun 2011 11:27
Rauf Mehdiyev: Zaqrebə uduzmaq üçün getmirik
Azərbaycan çempionu “Neftçi”nin qapıçısı Rauf Mehdiyev azerisport.az saytına müsahibəsində Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri olan Xorvatiya “Dinamo”su (Zaqreb) ilə dueldəki şanslarından danışıb.
- Artıq “Dinamo” barədə nəsə öyrənə bilmisiz?
- “Dinamo” hazırda Xorvatiyanın ən güclü klubudu. Bircə onu bilirəm ki, çox yaxşı komandadı. Yeni məlumatların öyrənilməsi yönündə işlərin aparıldığından xəbərim var. Çətin rəqibdi.
- Vaxtilə Azərbaycanın digər klubu – “Xəzər Lənkəran” bu komandayla mübarizədə uduzarkən onların heyərində Çorluka, Modriç kimi aparıcı futbolçular yer alırdı ki, məhz həmin vaxtda İngiltərə Premyer Liqasına transfer olundular. Necə düşünürsüz, indiki heyət həmin komandadan zəif deyilmi?
- Düzdü, o komanda da güclü idi. Bildiyim qədərilə, həmin heyətdən hazırda sadəcə qapıçı və bir müdafiəçi qalıb. Amma indi də onların heyəti zəif deyil. Biz onların avrokuboklardakı oyunlarına baxmışıq və buna əminik.

- Xorvatlarla dueldə hansı komandanın daha şanslı olduğunu düşünürsüz?
- Şansların bərabər olduğunu deyə bilərəm. Axı “Neftçi” də zəif komanda deyil. Biz Zaqrebə uduzmaq üçün getmirik. Ordan sərfəli nəticə ilə qayıtmağa hazırlaşırıq. Minimum heç-heçə etmək istəyirik ki, evdə qələbə qazanaq. Bütövlükdə, qarşımıza qrup mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulub. Bunun üçün də ilk rəqibimizi mübarizədən kənarlaşdırmalıyıq.
- Püşdkən sonra “Dinamo” “Neftçi” ilə düşmək istəmədiklərini bəyan etdilər. Sizcə, bu, taktiki gediş idi, yoxsa onlar həqiqətən öz hisslərini bildirirdilər?
- Əlbəttə, bu, taktiki gedişdi. Yadınızdadırsa, “Simurq” Avropa Liqasında çıxış edərkən onların rəqibi olan “Bnei Yehuda”nın baş məşqçisi hər açıqlamasında deyirdi ki, komandamız uduzacaq, azərbaycanlılardan zəifik. Amma sonradan özü də etiraf etdi ki, bunu qəsdən deyirmiş. Əvəzində onlar nəinki bizim komandamızı, daha bir neçə rəqibini mübarizədən kənarlaşdırdılar. İndi “Neftçi” də eyni aqibətlə üzləşə bilər. Xorvatlar bizi arxayınlaşdırmaq istəyirlər. Amma digər tərəfdən bizdən çəkinə də bilərlər. Görünür onlar hələ də “Xəzər Lənkəran”ın onlara necə çətinliklər yaratdığını unutmayıblar. Hər şeyə rəğmən, bilirik ki, futbolda hər şey ola bilər.
- Yəqin ki, ilk oyunun səfərdə keçirilməsi də sizin üçün müsbət amildi?
- Şübhəsiz. Bu, bizim üçün çox yaxşı köməklik oldu. Amma elə də böyük üstünlük sayıla bilməz. İstənilən halda səfər matçında qol buraxmamaqdı. Buraxsaq da belə, cavab qolu vurmalıyıq.
- Şübhəsiz. Bu, bizim üçün çox yaxşı köməklik oldu. Amma elə də böyük üstünlük sayıla bilməz. İstənilən halda səfər matçında qol buraxmamaqdı. Buraxsaq da belə, cavab qolu vurmalıyıq.
- Yaxınlarda “Neftçi” daha bir qapıçı aldı. Sizcə, əsas üstünlük bundan sonra sizə veriləcək, yoxsa Saşa Stamenkoviçə?
- Bu haqda mən heç nə deyə bilmərəm. Buna baş məşqçi qərar verir. Bizim komandada çox yaxşı rəqabət mövcuddu.
- Bu haqda mən heç nə deyə bilmərəm. Buna baş məşqçi qərar verir. Bizim komandada çox yaxşı rəqabət mövcuddu.
- Hər halda əsas heyətdəki yerinizi itirməkdən qorxmursuz?
- Mənə ancaq məşqlərdə daha çox çalışmaq qalır. Məşqçilər korpusu isə baxıb, öz qərarlarını verəcəklər. Kim daha yaxşı formada olacaqsa, o da oynayacaq.
- Avrokuboklardakı digər təmsilçilərimizin – AZAL, “Qarabağ” və “Xəzər Lənkəran”ın şanslarını necə qiymətləndirirsiz?
- Onların hər birinə uğurlar arzulayıram. Çox istərdim ki, bütün klublarımız böyük uğurlara imza atsınlar. Həmçinin istərdim ki, klublarımız arasında ən çətin rəqiblə düşən “Neftçi” də növbəti mərhələyə adlasın.