27 iyun 2011 12:01
Azərbaycan dünya kubokunu 9-cu pillədə başa vurdu
Braziliyanın San-Paolo şəhərində düzənlənən cüdo üzrə dünya kuboku başa çatıb. Azerisport.az xəbər yarışlarda iştirak edən Azərbaycan yığması dünya birinciliyini 9-cu pillədə bitirib.
Belə ki, Kifayət Qasımovanın (57 kq) gümüş, Ramilə Yusubova (63 kq), İlqar Muşkiyev (60 kq) və Elmar Qasımovun (100 kq) bürünc medalları sayəsində komandamız Kanada, Mərakeş, İsrail, Portuqaliya, Polşa, Türkiyə, Rusiya və daha bir neçə ölkəni qabaqlamağı bacarıb.
Turnirin ən yaxşı göstəricilərinə isə birinci olan Braziliya (4-4-9), həmçinin ikinci və üçüncü yerləri tutan Belçika (3-0-1) ilə Monqolustan (2-1-1) imza atıb.
