27 iyun 2011 12:36

İnter Almaniyadan gümüş medalla qayıdır

"İnter"in 10 yaşlılardan ibarət komandası beynəlxalq turnirlərdə iştirak etmək üçün Almaniyada səfərdə idi. Azerisport.az xəbər verir ki, komanda bu gün vətənə qayıdır.
 
Almaniyada səfərdə olduğu müddətdə 10 yaşlı futbolçular 3 beynəlxalq səviyyəli turnirdə iştirak edib, 2 yoldaşlıq matçında qüvvələrini sınayıb. İyun ayının 23-də "TV Elverdissen E1910" klubunun stadionunda keçirilən "İnternationaler U-11-Cup" turnirində "İnter" ikinci yeri tutmuşdu ki, bu haqda xəbər vermişdik.
 
İyunun ayının 24-də isə "SV RW-Bentfeld" klubunun stadionun "Junioren Turnierserie 2011" turnirində də Bakı klubu qənaətbəxş nəticələr əldə edib. 2 ayrı qrupda 2 komanda ilə mübarizə aparan "İnter" 30 komanda arasında 7-10-cu yerləri bölüşüb.
 
İyunun ayının 25-i və 26-sı "Sportclub Verl 1924 e.V" klubunun bazasında keçirilən "Junior U-10" turnirində təmsilçimiz Avropanın 50 komandası arasında mübarizəyə qoşulub. Qrup mərhələsində "İnter" "GW Langenberg" komandasına 2:0 hesabıyla qalib gəlib. Rəqib komandanı iki dəfə mərkəzdən başlamağa Təbriz İsazadə vadar edib. "ASV Dachau" komandasıyla sülh bağlayan "İnter" "Dinamo"ya (Berlin) minimal hesabla məğlub olub olub - 0:1. Almaniyanın digər təmsilçisi - "Karlsruher SC" komandasına da eyni hesabla yenilən "İnter" qrupdan çıxmaq şansını itirib. "İnter"in vurduğu bərabərlik qolunun qeydə alınmadığı matçda Fransanın "Metz" komandası 2:0 hesabıyla meydandan qalib gəlib.
 
2-ci 30 komanda arasında yüksək yerlər uğrunda aparılan mübarizəyə qoşulan "İnter" "RW Bentfeld"ə 0:3 hesabıyla məğlub olub. Eyni nəticə Almaniyanın "SV Lippstadt" komandasıyla oyunda da qeydə alınıb. Amma bu dəfə meydandan qalib ayrılan komanda "İnter" olub. Təbriz İsazadə (2) və Ülvi Heydərli fərqlənib. "SG Untertürkheim" komandası da Azərbaycan təmsilçisinə 1:2 hesabıyla yenilib. Ülvi Heydərli və Əliseyran Eyvazov rəqibi məyus edib. Eyni aqibəti Almaniyanın digər təmsilçisi - "FC 1919 Mönchweiler" də yaşayıb. "İnter" almanların qapısından 2 cavabsız top keçirməklə qrupda 1-ci yeri tutub. Bu dəfə Təbriz İsazadə və Eltac Məmmədov komandalarına qələbə qazandırıb. Ancaq 1/4 final mərhələsində "İnter" Macarıstanın "Honvard" komandasına 2:0 məğlub olub.
 
Turnir başa çatdıqdan sonra "İnter"in baş məşqçisi Rövşən Babayev Almaniya səfəri barədə yekun fikirlərini açıqlayıb: "Bir həftə ərzində komandamız 2 yoldaşlıq matçı da daxil olmaqla 36 oyun keçirdi. Bu yaş kateqoriyasında Azərbaycanda çempionat aparılmadığını nəzərə alsaq, o zaman turnirlərin oyun praktikasının artırılması baxımından əhəmiyyətini dəyərləndirmək o qədər də çətin olmaz. Turnirlər çərçivəsində keçirilən oyunlarda "İnter" 18 qələbə, 6 məğlubiyyət və 3 heç-heçə əldə etdi. İyunun 23-də "TV Elverdissen E1910" Futbol Klubunun stadionunda keçirilən "İnternationaler U-11-Cup" turnirində ikinci güclü komanda olduğumuzu göstərdik. Bununla belə, demək olmaz ki, turnir asan keçdi. Uşaqlar hər 15-30 dəqiqədən sonra meydana çıxırdılar. Ötən müsahibəmdə belə sıx qrafikli turnirlərdə ilk dəfə iştirak etdiyimizi bildirmişdim. Lakin uşaqlar bu çətin marafona tab gətirdilər və bunu komandamız üçün böyük nailiyyət kimi qiymətləndirirəm. Ümumilikdə, Almaniya səfərində əldə etdiyimiz nəticələri qənaətbəxş hesab edirəm. Düşünürəm ki, belə turnirlərdə mütəmadi iştirak Azərbaycanda uşaq futbolunun inkişafına öz müsbət töhfəsini verəcək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.