27 iyun 2011 00:22
Maccabi XL-la oyuna yeni formayla çıxacaq (FOTO)
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Azəraycan kubokunun sahibi “Xəzər Lənkəran”a rəqib olan İsrailin “Maccabi” klubu komandamızla oyuna yeni formalarla çıxacaq. Azerisport.az xəbər verir ki, ötən gün Təl-Əviv klubu yeni geyim dəstlərini təqdimat mərasimini keçirib.
Təqdimat mərasimi İsrailin paytaxtında baş tutub. Əsasən sarı rəngli formalar altında çıxış edən “Maccabi” səfər oyunları üçün də müxtəlif geyim dəstlərini nümayiş etdirib.
Qeyd edək ki, “Maccabi” ilə “Xəzər Lənkəran” arasındakı ilk oyun iyulun 14-də keçiriləcək.
