27 iyun 2011 00:16
Qarabağ Türkiyədə park saldı
Məlum olduğu kimi, "Qarabağ" hər il yay hazırlığı üçün Türkiyəyə yollanır. Azerisport.az xəbər verir ki, qardaş ölkədə komandamızın təlim-məşq toplanışına yollandığı məkanın adı da məlumdu.
Ankaradan 80 km aralıda yerləşən, füsunkar Qızılcahamam bölgəsində, dağlar qoynunda yerləşən 5 ulduzlu "Patalya" otelində "kamp" keçən "Qarabağ"ın xatirəsi artıq Qızılcahamamda əbədiləşdirilib.
Belə ki, "Patalya" otelinin rəhbəri Okan Akçanın təşəbbüsü ilə "Qarabağ" Futbol Klubunun şəninə xatirə parkı salınıb. Komandanın xatirəsini əbədiləşdirmək üçün ərazidə boş yer ayrılıb və komanda üzləri hər gün bir ağac əkməklə məşğul olub. Fidanlar əkildikdən sonra bütün "Qarabağ"lılar xatirə şəkili çəkdiriblər.
