27 iyun 2011 00:37

“Qarabağ`ın oyunçusundan tutmuş, işçisinə kimi hər birini tanıyırıq”

Məlum olduğu kimi, "Qarabağ" son illər bir qayda olaraq yayda Türkiyənin Qızılcahamam bölgəsində, "Soyuq Su" qoruğunda yerləşən "Patalya" otelində təlim-məşq toplanışı keçir. Azerisport.az xəbər verir ki, "Qarabağ"la doğmalaşan otel kollektivinin komandaya qarşı olan sevgi və hörmətlərinin təzahürü olaraq xatirə parkı salınmasına qərar verilib. Otelin müdiri Okan Akçanın şəxsi təşəbbüsü oteldə keçirilən son gündə parkın salınması ilə başa çatıb.
 
Bəs görəsən, parkın salınmasına Okan bəyi nə vadar edib? Ümumiyyətlə, futbol onun üçün nədi və hansı kluba azarkeşlik edir? Aldığımız cavablar olduqca maraqlı idi. İndi isə baş verənləri Okan bəyin öz dilindən dinləyin: "Açığı, futbol mənim üçün ilk növbədə işdi. Çünki, yayda müştərilərimizın hamısı futbol klubları olur. "Qarabağ" oteli tərk etdikdən sonra 7 klub təlim-məşq toplanışı üçün otelimizdə məskunlaşacaq.  Amma "Qarabağ" bizim üçün tam başqa dünyadı. "Qarabağ"ın futbolçusundan tutmuş, işçisinə kimi hər birini tanıyırıq. Tam səmimiyyətlə deyirəm ki, "Qarabağ" bizim üçün müştəri deyil. Artıq o qədər doğmalaşmışıq ki, "Qarabağ"ı öz komandamız bilirəm. Xatirə parkı ideyası isə mənim fikrim idi. Fikirləşdim ki, "Qarabağ"a nə hədiyyə edə bilərik? Hər hansısa maddi hədiyyənin anlamı olmayacaqdı. Biz də belə bir deyim var: "Hər insanın bu həyatda əkdiyi bir ağac olmalıdı". Ona görə də "Qarabağ"ın xatirəsini əbədiləşdirmək üçün xatirə parkı salmaq istədik. Hətta illər keçsə, biz burda olmasaq da, o parka görə hər kəs "Qarabağ"ı xatırlayacaq.
 
Özüm belə futbol azarkeşi deyiləm. İnanmayacaqsınız, amma Türkiyədə azarkeşlik etdiyim heç bir komanda yoxdu. Sadəcə "Qarabağ"a azarkeşlik edirəm. O da bir ailə olduğumuz üçün. Hətta, Azərbaycanla Türkiyə oynayanda Rəşad qol vuranda "qol" deyə qışqırdım. Rəşadın "Qarabağ"ın futbolçu olması məni belə sevindirmişdi. "Qarabağ"ın bütün fəaliyyətini izləyirəm. Bilirəmki, son 2 ildə çempionatı 3-cü sırada bitirib. Artıq bu il komandanın daha da irəliləməsini istəyirəm. Avrokuboklar isə bir başqa aləmdi. "Qarabağ"ın oyunlarını televiziya vasitəsiylə izləmişəm. Əldə etdiyi uğurlara biz bir başqa sevinmişik. Axı, "Qarabağ" hər il Avrokuboklara bizim yanımızda hazırlaşıb gedir. Necə deyərlər, atalar 3-dən deyib. Bu il "Qarabağ"dan həm çempionatda, həm də avrokubokda daha yüksək nəticələr gözləyirəm və komandama hər 2 yolda uğurlar arzulayıram".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.