27 iyun 2011 00:50
Neftçi`nin rəqibi Sammirsiz oynaya bilər
Azərbaycan çempionu "Neftçi"nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi "Dinamo" daha bir itki ilə üzləşib. Azerisport.az Zaqreb klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın son məşqində yarımmüdafiəçi Sammir də iştirak etməyib.
Buna səbəb braziliyalı futbolçunun zədələnməsi olub. Onun "Neftçi" ilə oyunda iştirak edib-etməyəcəyi bilinmir. "Dinamo" bundan əvvəl Çili yığmasının üzvü Pedro Moralesi itirmişdi.
Qeyd edək ki, Samiir "Neftçi"nin futbolçusu Rodriginyo ilə yaxın dostdu.
