28 iyun 2011 01:01

Mahir Şükürov: Ən çətin rəqiblə üzləşən Neftçidi

“Qəbələ” futbol klubunun kapitanı Mahir Şükürov azerisport.az saytına müsahibəsində komandasını gözləyən İngiltərə toplanışından, avrokuboklardakı klublarımızın şanslarından danışıb.
 
- Hazırda “Qəbələ” istirahətdədi. Bəs siz harda istirahət edirsiz?
- Azərbaycanda. Daha dəqiqi Novxanıdakı Akvaparkda. Burda əla şərait var. Hər şey yaxşıdı. Yaxşısı budu pulumuzu öz vətənimizdə xərcləyək, nəinki Türkiyədə və ya başqa yerdə. Artıq neçə aydı futbolsuzam, istirahətlə məşğulam. Bu da mənə çox yaxşı kömək edir. Başım bütün əlavə fikirlərdən uzaq olur. Odu ki, psixoloji cəhətdən tam hazıram.

- Növbəti aydan etibarən isə “Qəbələ”nin İngiltərə toplanışı başlayır...
- Bu, ilk dəfə olacaq ki, hansısa Azərbaycan klubu İngiltərədə, Londonda təlim-məşq toplanışı keçəcək. Əminəm ki, hər şey yüksək səviyyədə olacaq. Komandada xeyli yeni futbolçu var. Bu toplanışın böyük faydası olacaq.

- Məlum olduğu kimi, siz orda bir neçə sınaq matçı keçirəcəksiz. Ordakı klublar arasında “Parma” da olacaq. İtaliya klubu ilə qarşılaşmaq istəmirsiz?
- Bildiyimə görə orda hardasa beş yoxlama oyunumuz olacaq. Ola bilər ki, elə “Parma”yla da oynadıq. Mən dəqiq bilmirəm. Sadəcə onu deyə bilərəm ki, daha güclü klublarla oynayanda motivasiya həmişə böyük olur. Bu, həm oyun təcrübəsinin artmasına, həm də “Qəbələ”nin növbəti mövsümdə daha yaxşı çıxış etməsinə kömək edə bilər.
 
- Avrokuboklara vəsiqə qazanan klublarımızın şanslarını necə dəyərləndirərdiz?
- Düzünü deyim, mən bunu şərh etməyi xoşlamıram. Belə şeyləri məşqçilər, mütəxəssislər müzakirə etsə, daha yaxşı olar. Amma tamaşaçı kimi bütün klublarımıza azarkeşlik edəcəm. Axı onlar hamısı Azərbaycan klublarıdı. Fikrimcə, onların arasında ən çətin rəqiblə üzləşən “Neftçi”di. Zaqreb “Dinamo”su güclü rəqibdi. Amma bu, futboldu. Bütün rəqiblərə qalib gəlmək olar. Amma “Neftçi” Azərbaycan çempionu olubsa, ondan yaxşı nəticələr gözləməyə dəyər. Bütövlükdə, klublarımızın hamısına avrokuboklarda uğurlar arzulayıram.

- Sizcə, klublarımız bu il qrup mərhələsinə vəsiqə qazana biləcək?
- Artıq qruplara düşməyin vaxtıdı. Özünüz baxın: bu qədər investisiya ayrılır, sponsorlar çoxlu pullar xərcləyirlər. Təbii ki, bunun qarşılığında nəticə gözləyirlər. Şəxsən mən bütün futbolçularımıza azarkeşlərimizi sevindirməyi arzulayıram. Onların arasında dostlarım da var. Çox istərdim ki, qruplara vəsiqə qazansınlar.
 
- Artıq neçə illərdi avrokuboklarda iştirak edə bilmirsiz. Darıxmamısız?
- Mən futbolçuyam və başa düşürəm ki, hər kəsin bir cür taleyi var. Bu gün avrokuboklarda oynaya bilərsən, sabah isə yox. Mən hazırkı klubumda olmağıma qətiyyən təəssüflənmirəm. İnanıram ki, burda hər şey yaxşı olacaq.
 
- Sizcə, “Qəbələ” növbəti mövsümdə avrokuboklara vəsiqə qazana biləcək?
- Allah eləsin ki, buna nail olaq. Demirəm ki, biz dərhal çempionluq uğrunda mübarizə aparacağıq. Amma düşünürəm ki, mükafatçılar sırasına düşməyi bacararıq. İnanıram ki, öz məqsədimizə nail ola biləcəyik.
 
- Yeri gəlmişkən, bu yaxınlarda keçmiş klubunuz “Anji”nin braziliyalı legioneri Roberto Karlosa azarkeşlər tərəfindən banan atılıb. Siz də orda belə olaylarla üzləşmişdiz?
- Mən bu münaqişə haqda nə eşitmişəm, nə də görmüşəm. Bilirsiz, ruslarda bir qədər Qafqaz klublarına qarşı nifrət var. Məsələn, düşünürəm ki, Karlos qeyri-Qafqaz klubunda çıxış etsəydi, ona banan atmazdılar. Allaha şükür ki, Azərbaycanda belə şeylər yoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.