28 iyun 2011 13:11
Rusiya klubunun müdafiəçisi İnter`də (FOTO)
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirən “İnter” klubu azərbaycanlı futbolçunu baxışa dəvət edib. Azerisport.az xəbər verir ki, bu oyunçu bir vaxtlar Azərbaycanın U-21 yığma komandasının şərəfini qorumuş Rüstəm Abbasovdu.
Baxışa dəvət olunmuş oyunçu mərkəz müdafiəçidı. Ötən mövsümü Rüstəm Rusiyanın "Tolyatti" klubunda keçirib.
Qeyd edək ki, futbolçunun bu toplanış çərçivəsində keçirilən yoldaşlıq görüşlərdə meydana çıxması gözlənilir. Onun "İnter"də qalıb-qalmayacağı isə yaxın vaxtlarda bilinəcək.
