28 iyun 2011 13:23
Adnan Bərəkət də Bakı`dan kompensasiya tələb edir
“Bakı”nın bu yay yollarını ayırdığı futbolçulardan daha biri kompensasiya tələb edir. Azerisport.az xəbər verir ki, baş məşqçi Aleksandr Starkovun istəyi ilə komandadan göndərilən Adnan Bərəkət də müqaviləsinin müddəti bitmədiyindən heyətdən kənarlaşdırıldığı üçün “zolaqlılar”dan kompensasiya istəyir.
Onun da keçmiş klubuyla anlaşmasının bitməsinə 1 il qalırmış. Qeyd edək ki, hollandiyalı yarımmüdafiəçi kimi “Bakı”nın sabiq hücumçusu Jaba da keçmiş komandasından kompensasiya istəyir. Bu məqsədlə Bakıya qayıdan braziliyalı forvardın da müqaviləsinin bitməsinə 1 il qalırdı.
