28 iyun 2011 01:17
Xəzər Lənkəran`ın rəqibi daha bir aparıcı oyunçusunu itirə bilər
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”a rəqib olan İsrailin “Maccabi” klubu daha bir aparıcı oyunçusunu itirə bilər. Azerisport.az xəbər verir ki, buna Təl-Əviv klubunun yarımmüdafiəçisi Haris Medunyaninə başqa müştərinin çıxması səbəb ola bilər.
Belə ki, Almaniyanın “Bayer” klubu bosniyalı orta sahə oyunçusunun xidmətində maraqlıdı. Berti Foqstun həmyerlilərinin iddiasına görə, Leverkuzen təmsilçisi “Maccabi”nin üzvü ilə çoxdan maraqlanır. Lakin isriallilərin çətin sınaq ərəfəsində almanların bu istəyini həyata keçirib-keçirməyəcəyi hələlik dəqiq bilinmir.
Qeyd edək ki, Medunyanin Bosniya və Herseqovina yığmasının da şərəfini qoruyur.
