28 iyun 2011 01:21

Qəbələ`dən qol yağışı

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası Ukraynanın paytaxtı Kiyevdə beynəlxalq “Obolon-2011” turnirində iştirakına start verib. Azerisport.az xəbər verir ki, yeniyetmə futbolçularımız ilk oyunlarını “Obolon” Futbol Klubuna məxsus bazanın meydançasında keçirib və yarışa gözəl qələbə ilə başlayıb.
 
U-13 Çerkası şəhərinin “Yavor” klubuna 6:0 hesabı ilə qalib gəlib. Oyunu başdan sona qədər üstünlüklə keçirən komandamızda qolların 3-nə Fərid Nəbiyev imza atıb. Digər qolları isə Azər İsmayılov, Elvin Həsənov və Baxşəli Baxşalıyev öz aktivlərinə yazıblar. Qeyd edək ki, güclü yağış sonadək oyunu müşayiət edib.
 
Hüseynqulu Quliyevin yetirmələri bu gün turnirdə ikinci oyunlarını keçirəcəklər. Rəqib “Polesye” (Jitomir) olacaq. Turnirin rəsmi açılış mərasimi isə bu günlərdə Ukraynada gənclər bayramı ilə əlaqədar olaraq verilən tətilə görə iyun ayının 29-na təyin edilib. Mərasim “Obolon-Arena” stadionunda baş tutacaq. Rəsmi və bədii hissədən sonra açılış oyununda “Qəbələ” yerli “Smena” ilə üz-üzə gələcək. İyulun 1-nə təyin edilən final matçı da “Obolon” FK-nın əsas meydançası sayılan “Obolon-Arena”da olacaq. Ümumilikdə turnirdə Ukraynadan başqa, Rusiya, Belarus, Moldova və s. ölkələrin təmsilçiləri iştirak edirlər. 1998-ci il təvəllüdlü futbolçuların yarışında “Qəbələ” ilə yanaşı, “Smena”, “Obolon”, “Arsenal” (hamısı Kiyev), eləcə də “Dinamo” (Mahaçqala) qələbəyə əsas namizədlər sayılırlar.
 
Sonda xatırladaq ki, ötən mövsümün 13 yaşadək futbolçularımız Azərbaycan çempionu adını qazanıblar. Ölkə birinciliyinin əsasnaməsinə görə, bu yaş qrupu hər biri 20 dəqiqədən ibarət olmaqla yarı meydançada oynamalı və matça 9 futbolçu ilə başlamalıdı. Amma “Obolon-2011” turnirində oyunlar böyük futbol qaydaları çərçivəsində keçirilir, yalnız hissələr 45 yox, 30 dəqiqədən ibarətdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.