28 iyun 2011 01:33
Altı avrondan keç, Qarabağ`ın oyuna bax!
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın “Qarabağ” və Litvanın “Banga” klubları arasında keçiriləcək ilk oyuna biletlərin qiyməti müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq Qarqjday şəhərində keçiriləcək matçın biletləri satışdadı.
Belə ki, Qarqjdaydakı şəhərin adını daşıyan arenada baş tutacaq qarşılaşmaya canlı baxmaq istəyənlər bunun üçün 6-7 avrosundan keçməli olacaq.
Maraq üçün xatırladaq ki, bu qarşılaşma iyunun 30-da keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
